"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

“ASAN könüllüləri” Binəqədidə təcrübə keçməyə başlayıblar

--2017-05-17 / 13:24

Binəqədi Rayon icra Hakimiyyətində təcrübə keçməyə başlayan “ASAN Könüllüləri Gənclər Təşkilatı”nın Master-2 layihəsi çərçivəsində 9-cu qrupunun üzvləri ilə görüş keçirilib. Bu barədə məlumatı Binəqədi RiH yayıb.

Görüşdən öncə könüllü gənclər YAP Binəqədi rayon təşkilatının inzibati binası, Heydər əliyev adına istirahət parkı, Binəqədi RiH başçısı Aparatının inzibati binası ilə  tanış olmuşlar və onlara ətraflı məlumat verilib.

Məlumat zamanı gənclərin könüllük peşəsini şərəflə , məsuliyyətlə icra etdikləri müsbət şəkildə qiymətləndirilmiş və məhz Binəqədi rayon icra Hakimiyyətini seçdikləri üçün gənclərə  təşəkkür edilib. Sonra gənclər Binəqədi RiH başçısı Aparatında iki aylıq iş təcrübəsinə başlamış, onlar peşə istiqamətlərinə uyğun olaraq öz istəklərinə əsasən müvafiq şöbələr üzrə bölüşdürülüblər.

Belediyye.info

       

 

ŞƏRHLƏR